"Yagelloniya"nın baş məşqçisi: "Bu səbəbdən "Qəbələ" ilə oyunda çətin keçəcək"

“Qəbələ”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot çıqlama verib.

 

Sportal.az xəbər verir ki, “Yagelloniya” Polşa Ekstraklasasının 1-ci turunda səfərdə “Termalika” 1:0 hesabı ilə yenib. Oyundan sonra açıqlama verən Mamrot komandanın yorğunluğundan şikayətlənib:

 

“Çətin oyun oldu. Futbolçularda yorğunluq hiss olunurdu. “Qəbələ” ilə çətin səfər matçından iki gün sonra yenidən meydanda olduq. Üstəlik zədəlilərimiz də var. Üç gündən bir oyun keçiririk. Bu da öz təsirini göstərir. Bu səbəbdən “Qəbələ” ilə oyunda çətin keçəcək”.

 

Qeyd edək ki, “Yagelloniya” Bakıda “Qəbələ” ilə 1:1 hesablı he-heçə edib. Bu cütün cavab qarşılaşması iyulun 20-də keçiriləcək.

Tarix: 17 İyul [12:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio