Nikaraqualı futbolçu "Qarabağ"da?

12:45 - 17 İyul 2017

"Qarabağ"ın transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu Nikaraqua yığmasının kapitanı Xuan Barreranı transfer hədəfinə alıb. Bu barədə Nikaraqua mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, "Qarabağ" Qvatemalanın "Komunikasones" klubunda oynayan hücumameyilli yarımmüdafiəçi üçün 400 min dollar təklif edib.

 

28 yaşlı futbolçu 2009-cu ildən Nikaraqua yığmasında oynayır və 42 oyuna 10 qol vurub. 2016-cı ildə Avstriyanın "Altax" klubundan "Komunikasones"ə keçən oyunçu 57 oyuna 7 qol vurub.

Xəbər xətti