"Qəbələ"nin potensial rəqibi "Atalanta"nın hücumçusunu heyətinə qatdı

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi olan “Panatinaikos” transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, Super Liqa klubu hücum xəttini gücləndirib. “Atalanta” forvardı Brayan Kabezas Yunanıstan klubuna keçib. “Panatinaikos” Ekvador millisinin 20 yaşlı hücumçusunu İtaliya təmsilçisindən 1 illik icarə əsasında heyətinə qatıb.
 
Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində “Yagelloniya” - “Qəbələ” cütünün qalibi III mərhələdə “Panatinaikos”la mübarizə aparacaq.

Tarix: 17 İyul [13:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2017
17  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio