Sabiq "Bakı"lı Türkiyədə klubunu dəyişdi

Bakının sabiq futbolçusu Jabanın yeni klubu məlum olub.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Türkiyənin həvəskarlar liqasında çıxış edən "Somaspor"la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Jaba mövsümün ilk hissəsini "Kurtuluşspor"da keçirib. 36 yaşlı qışda BAL liqasında çıxış edən "Gebzespor"a keçmişdi.

 

Əlavə edək ki, Tural Qürbətov, İlham Allahverdiyev, Röyal Nəcəfov kimi azərbaycanlı futbolçular da BAL liqasında çıxış edirlər.

 

Jaba 2009/12 və 2014/15 mövsümlərində "Bakı"nın şərəfini qoruyub.

Tarix: 17 İyul [13:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio