"Neftçi"nin daha bir rəqibi müəyyənləşdi

16:51 - 17 İyul 2017

"Neftçi” Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" iyulun 21-də "Zirə” ilə qarşılaşacaq. Məlumatı klubun rəsmi saytı yayıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.

 

Qeyd edək ki, "Neftçi” "Zirə” ilə oyunadək – iyulun 19-da "Şüvəlan”la sınaq matçına çıxacaq.

Xəbər xətti