Millimizin üzvü əfv edilməsindən danışdı: "Mənə qarşı edilən səhvlər oldu"

17:11 - 17 İyul 2017

"Dönüb geriyə baxan və özünə tənqidi yaşayan hər kəs yeni bir şansı, yeni bir başlanğıcı haqq edər. Keçmişdə qalmağın heç kimə fayda verməyəcəyini düşündüm. Bu forma üçün savaşmaq istədim və baş məşqçimiz mənə bu şansı verdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Bursapor"da çıxış edən Azərbaycan millisinin üzvü Dəniz Yılmaza məxsusdur. Klub rəhbərliyi ilə problem olduğu üçün ötən mövsümün sonuna yaxın "yaşıl timsahlar"ın əsas komandasından qovulan futbolçu yenidən əfv edilib. O, komanda ilə Avstriyada baş tutan təlim-məşq toplanışına aparılıb. 29 yaşlı forvard bu gün keçirdiyi mətbuat konfransında məsələ haqda danışıb. O, bundan sonra klubun uğurları üçün əlindən gələni edəcəyini deyib:

 

"Düzdü, hamı kimi mənim də səhvlərim oldu. Mənə qarşı edilən səhvlər də oldu. Mən azarkeşlərimizi çox yaxşı başa düşürəm. "Bursaspor"a fayda vermək istədiyimi onların da başa düşmələrini və xoşagəlməz olayların ardından mənə anlayış göstərmələrini gözləyirəm. Baş məşqçi və komanda yoldaşlarıma məni yenidən komandada görmək istədikləri üçün təşəkkür edirəm. Geriyə dönüş hekayəsinin qapısını onlar açdılar və o qapıdan girdiyim andan etibarən yeganə fikrim azarkeşlərimizi sevindirmək və qısa müddətli ayrılıqdan sonra yenidən onların könlünü qazanmaqdır". 

 

Qeyd edək ki, Dəniz Yılmaz ötən mövsüm "Bursaspor"n heyətində 4 qolla yadda qalıb. 

Xəbər xətti