İlk dəfə "İnter"lə

17:43 - 17 İyul 2017

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Fola" (Lüksemburq) – “İnter” görüşünün baş hakimi Donatas Rumsas azarkeşlərmizə tanış deyil.

 

Sportal.az xəbər verir ki, o, ilk dəfə təmsilçilərmizin oyunlarına təyinat alır. 2016-cı ildən FİFA referisi stastusunu daşıyan 29 yaşlı hakimin beynəlxalq oyun təcrübəsi elə də çox deyil.

 

Litvalı ədalət təmsilçisi karyerası ərzində 10 beynəlxalq qarşılaşmada fit çalıb. Rumsas bu oyunlarda futbolçulara 32 sarı, 2 qırmızı vərəqə göstərib. O, komandaları 3 dəfə də penalti ilə cəzalandırıb. 

 

Qeyd edək ki, sözügedən görüş iyulun 20-də keçiriləcək və saat 21:30-da start götürəcək.

Xəbər xətti