"Şüvəlan"dan növbəti transfer

22:44 - 17 İyul 2017

I Divizionda çıxış edəcək “Şüvəlan” heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun yeni transferi Bəxtiyar Məsiməliyev olub. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Onunla bir illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Bəxtiyar Məsiməliyev ötən mövsümü I Divizionda “Səbail”in heyətində keçirib.

Xəbər xətti