"Samtredia"nın kapitanı: "Cütün taleyi demək olar ki, həll olunub"

“İlk oyunda 0:5 hesabı ilə məğlub olduq. Cütün taleyi demək olar ki, həll olunub. Amma çalışacağıq ki, azarkeşlərimizi sevindirək”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Samtredia”nın kapitanı  Georgi Datunaşvili Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

 

Təcrübəli müdafiəçi ötən mövsüm “Qəbələ” ilə keçirilən oyunları yada salaraq ev oyununda qələbəyə ümid etdiyini bilidirib: “Bu mövsüm hələ ki, heç bir Gürcüstan klubu avrokuboklarda qalib gələ bilməyib. Biz bunu həyata keçirmək istəyirik. Ötən mövsüm “Qəbələ”yə uduzsaq da, sonradan öz meydanımızda qalib gələ bilmişdik. Çalışacağıq ki, bu dəfə də bunu bacaraq. Azarkeşlərə təşəkkür etmək istəyirəm, onların dəstəyi ilə qələbə qazana bilərik”.

Tarix: 18 İyul [01:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2017
19  İyul 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio