"Qəbələ" Polşada növbəti məşqinə çıxdı FOTOLAR

10:23 - 18 İyul 2017

Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubu ilə qarşılaşan “Qəbələ” iyulun 20-də keçiriləcək cavab oyununun hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada hazırlıq keçən “qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.

 

Komanda günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli “Drukarz” klubunun stadionunda baş tutub. “Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

Xəbər xətti