"İnter" Lüksemburqa tam heyətlə yollandı

Ölkəmizi Avropa Liqasında təmsil edən “İnter” II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Lüksemburqun “Fola” klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbə qazanan “İnter” səfər görüşünə tam heyətlə yollanıb. Belə ki, komandanın düşərgəsində zədədən əziyyət çəkən futbolçu yoxdur.

 

Səfərə dünən axşam saatlarında yollanacaq təmsilçimiz Bakı-İstanbul-Lüksemburq reysi ilə hərəkət edib. Komandanın Lüksemburqda bir məşqi nəzərdə tutulub. “İnter” səfərə oyundan bir gün sonra qayıdacaq və həmin gün də komandanın məşqə çıxması nəzərdə tutulub.

 

Qeyd edək ki, “Fola” – “İnter” oyunu 20 iyul 21:30-da başlanacaq.

Tarix: 18 İyul [11:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2017
17  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio