Lukaku "Mançester Yunayted"də ilk qolunu vurdu VİDEO

11:59 - 18 İyul 2017

"Mançester Yunayted" ABŞ-ın "Real Solt Leyk" klubu ilə yoldaşlıq görüşü keçirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" oyunda 2:1 hesabı ilə qalib gəliblər. Komandanın yeni transferi Romelu Lukaku bu oyunda "Mançester Yunayted"in heyətində ilk qolunu vurub. 24 yaşlı forvard 38-ci dəqiqədə fərqlənib.

 

Qeyd edək ki, Lukaku "Everton"dan "Mançester Yunayted"ə 75 milyon funt-sterlinqə transfer olub.

 

Xəbər xətti