Braziliyalı legioner körpəsini “Xəzər Lənkəran” forması ilə tanış etdi FOTO

12:35 - 18 İyul 2017

Azərbaycan Premyer Liqasında AZAL, “Xəzər Lənkəran” və “İnter”in formasını geyinən braziliyalı legioner Franka Junior Nildo oynadığı klublara sadiqdir.

 

Sportal.az xəbər verir ki, Vaqif Sadıqovun AZAL-a gətirdiyi və öz oyunu ilə adından söz etdirən hücumçu hətta oynadığı klublara sevgisini öz övladına da keçirir. Belə ki, Nildo sosial şəbəkədə paylaşdığı fotoda öz övladı ilə oynadığı klubların formalarını bir araya gətirib.

 

Həmin formalar arasında “İnter” və “Xəzər Lənkəran” futbolkaları da var.

 

Xəbər xətti