Renat Dadaşova bu dəfə şans verilmədi

13:23 - 18 İyul 2017

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Ayntraxt” ABŞ-dakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi yerli “Kolambus Kryu” ilə qarşılaşıb. Bu matçda "Ayntraxt" 0:1 hesabı ilə uduzub. Komandanın baş məşqçisi Niko Kovaç bu görüşdə Renata şans verməyib.

 

Qeyd edək ki, iyulun 15-də “Ayntraxt”ın “San Xose” ilə (1:4) yoldaşlıq görüşündə 45 dəqiqə oynayan Dadaşov komandasının yeganə qolunun ötürməsini vermişdi.

Xəbər xətti