"Neftçi" mənə iki dəfə təklif göndərdi"

14:54 - 18 İyul 2017

Ötən mövsüm qış fasiləsində “Neftçi”yə cəlb edilən və 6 ay icarə əsasında komandada çıxış edən Zdenek Folprext Çexiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, müqavilə ilə Çexiyanın “Slovan” (Liberets) klubuna məxsus olan yarımmüdafiəçi "Neftçi"dəki karyerasından peşman olmadığını bildirib:

 

“Bakı gözəl şəhər idi. Ora mənim çox xoşuma gəldi. Oyunların 95 faizində demək olar ki, çıxış etdim. Əminliklə deyə bilərəm ki, 6 aylıq “Neftçi” karyeram üçün peşman deyiləm”.

 

Folprext “Neftçi”nin ona iki dəfə təklif göndərdiyini sözlərinə əlavə edib:

 

“Neftçi”dən ayrıldıqdan sonra “Slovan”a döndüm. Heyətimizdə bir çox dəyişikliklər var, amma kifayət qədər yaxşı komandayıq. Bir çox klublardan təklif aldım. “Neftçi” məni transfer etmək istəyirdi və iki dəfə təklif göndərdi. Lakin danışıqlar uğursuz oldu”.

 

26 yaşlı yarımmüdafiəçi "Neftçi"də 16 oyunda 1 qol vurub.

Xəbər xətti