Əvvəl “Astra”, sonra “Zirə”

18:30 - 18 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zirə” “Astra”nı qəbul edəcək. Artıq oyunöncəsi mətbuat konfranslarının və məşqlərin vaxtı bəllidi.
 
Sportal.az xəbər verir ki, jurnalistlər önünə ilk olaraq “Astra”nın baş məşqçisi Edvard Yordanesku çıxacaq. Rumıniyalı mütəxəssisin mətbuat konfransı sabah saat 19:15-də, oyunun keçiriləcəyi “Dalğa Arena”nın konfrans zalında baş tutacaq. Saat 19:30-da isə Rumıniya təmsilçisinin oyunöncəsi son məşqi olacaq.
 
“Zirə”nin baş məşqçisi Ayxan Abbasov isə saat 20:30-da jurnalistlərin önünə çıxacaq. Saat 21:00-da isə “qartallar”ın oyunöncəsi son məşqi baş tutacaq. “Zirə”nin də məşqi və mətbuat konfransı “Dalğa Arena”da keçiriləcək.
 
Hər iki məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.
 
“Zirə” - “Astra” oyunu iyulun 20-də, saat 21:00-da başlayacaq.

Xəbər xətti