"Qarabağ" rəsmisindən Xuan Barrera AÇIQLAMASI

23:21 - 18 İyul 2017

"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl Çempionlar Liqasının III təsnifat mərhələsində "Samtredia" - "Qarabağ" (1:0) matçından sonra jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi adı "Qarabağ"la hallanan Nikaraqua millisinin kapitanı Xose Barrera ilə maraqlanmadıqlarını bildirib:

 

"Hazırda danışıq apardığımız futbolçu yoxdur.  Biz nikaraqualı oyunçu ilə danışıq aparmamışıq".
 

Qeyd edək ki, Nikaraqua mətbuatı "Qarabağ"ın Qvatemalanın "Komunikasones" klubunda oynayan hücumameyilli yarımmüdafiəçinin transferi üçün 400 min dollar təklif etdiyini yazmışdı.
 
28 yaşlı futbolçu 2009-cu ildən Nikaraqua yığmasında oynayır və 42 oyuna 10 qol vurub. 2016-cı ildə Avstriyanın "Altax" klubundan "Komunikasones"ə keçən oyunçu 57 oyuna 7 qol vurub.

Xəbər xətti