"Qarabağ" reytinq xalımızı zənginləşdirdi

02:18 - 19 İyul 2017

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ötən gecə baş tutan cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyişə nail olub. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən "Qarabağ" növbəti oyununu keçirdi. Belə ki, ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə cavab matçına çıxan təmsilçimiz 1:0 hesabıyla qalib gəldi. Bu qələbə həm mövqeyimizin, həm də ölkəmizin xal ehtiyatının yaxşılaşmasına səbəb oldu. Ağdam klubu Azərbaycanın reytinqinə daha 0.250 xal yazdırdı.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 21-ci pillədəyik. Azərbaycanın hesabında 16.625 reytinq xalı var. Onun 1.875 xalı (0.750 "İnter", 0.500 "Qarabağ", 0.500 "Zirə", 0.125 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb. 

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Xəbər xətti