Aqollinin komandası üçün Panuççi

16:52 - 19 İyul 2017

Albaniya millisinin yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az xəbər verir ki, yığmanı Kristian Panuççi çalışdıracaq. İtaliyalı mütəxəssisin müqavilə müddəti haqda məlumat verilməyib. Panuççi bu vəzifədə həmyerlisi Canni de Byazini əvəzləyib. O, yeni işinə DÇ-2018-in seçmə mərhələsi başa çatdıqdan sonra start verəcək.

 

Qeyd edək ki, 44 yaşlı Panuççi son olaraq İtaliyanın “Ternana” klubunu çalışdırıb.

 

Xatırladaq ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya millisinin üzvüdür.

Xəbər xətti