"Neftçi" "Səbail"ə uduzdu

17:52 - 19 İyul 2017

"Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, sözügedən komanda "Səbail” klubunun əvəzediciləri ilə qarşılaşıb.  "Ağ-qaralar" İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüşdə məğlub olublar – 3:4.

 

"Neftçi”nin heyətində Kənan Mirzəliyev, Ruzigar İbrahimzadə və Fərid Quliyev fərqləniblər.

Xəbər xətti