Sabri Sarıoğlunun yeni klubu bəlli oldu

18:16 - 19 İyul 2017

"Qalatasaray"dan ayrılan Sabri Sarıoğlu özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, futbolçu karyerasını başa vuracağı iddia olunan 33 yaşlı müdafiəçi "Göztəpə"yə keçib. Bu barədə Super Liqaya yenicə vəsiqə qazanan bu klubun rəsmi saytı məlumat yayıb. Sabri yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Onun illik maaşı 900 min avro olacaq.

 

Türkiyə yığmasının da şərəfini qorumuş Sabri "Qalatasaray"ın heyətində Super Liqada 357 oyun keçirib. O, 2003-cü ildən "sarı-qırmızılar"ın şərəfini qoruyurdu.

Xəbər xətti