"Bavariya"nın yeni kapitanı müəyyənləşdi

19:13 - 19 İyul 2017

“Bavariya”nın yeni kapitanı bəlli olub.

 

Sportal.az xəbər verir ki, Filipp Lamın kareyarısını başa vurduqdan sonra yeni kapitan Manue Noyer seçilib. Bu barədə klubun idarə heyətinin sədri Karl-Haynts Rummenigge məlumat verib. O, bütün komandanın 30 yaşlı qolkiperi sevdiyini və ona hörmət etdiklərini, buna görə, kapitanlıq bazubəndinin onun daşımasının daha doğru olduğunu bildirib.

 

Xatırladaq ki, Almaniya millisinin də “1 nömrə”si olan qapıçı 2011-ci ildən “Bavariya”nın şərəfini qoruyur.

Xəbər xətti