Zaur Svanadze: "Bizi çətin oyun gözləyir"

02:02 - 20 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda sabah “Fola”nın qonağı olacaq “İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşma öncəsi fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, gürcü mütəxəssis klubun mətbuat xidmətinə onları çətin oyun gözlədiyini deyib:

 

“Bizi çətin oyun gözləyir. Layiqli nəticə uğrunda çalışacağıq. Uşaqlar ciddi hazırlaşırlar, zədəlimiz yoxdu. Azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

 

Xatırladaq ki, “İnter” və “Fola” arasında Bakıda baş tutmuş ilk oyun təmsilçimizin minimal hesablı qələbəsiylə nəticələnib.

Xəbər xətti