"Zirə" Avropa Liqasında mübarizəni başa vurdu YENİLƏNİB

22:56 - 20 İyul 2017

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq. 

 

Sportal.az xəbər verir ki, turnirdə mübarizə aparan təmsilçilərimizdən ilk olaraq “Zirə” meydana çıxıb.  Ayxan Abbasovun komandası “Dalğa Arena”da “Astra”nı sınağa çəkib. İlk matçda 1:3 hesablı məğlubiyyət alan paytaxt klubu rəqibin müqavimətini qıra bilməyib - 0:0. Bununla da "Zirə" Avropa Liqasında mübarizəni II təsnifat mərhələsində başa vurub.


UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu

20 iyul

 

21:00. "Zirə" - "Astra" 0:0
Hakimlər:
Giorgo Vadaçkoria
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Kadro Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
İlk oyun: 1 - 3

Xəbər xətti