"Qarabağ" - "Şerif" matçının başlama saatı açıqlandı

10:55 - 20 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” 3-cü mərhələdə Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcək.

 

Sportal.az saytının məlumatına görə ilk oyun Azərbaycanda keçiriləcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq.  Qarşılaşma 25 iyul, saat 21:00-da başlanacaq.

 

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun əvvəli Moldovada oynanılacaq.

Xəbər xətti