Eddi İsrafilov fərqləndi, "Kadiz" 13 qolla qalib gəldi VİDEO

14:35 - 20 İyul 2017

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Kadiz” klubu  növbəti mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Sequnda təmsilçisi İspaniyanın aşağı liqa klublarından olan "Barbate” ilə qarşılaşıb. Görüş “Kadiz”in  13:1 hesablı qələbəsi ilə başa çatıb.  

 

Start heyətində meydana çıxan və fasilədə əvəzlənən İsrafilov komandasının 4-cü qolunun müəllifi olub.

 

Xəbər xətti