"Milan"ın futbolçusu rəsmən "Yuventus"da

16:44 - 20 İyul 2017

"Milan”ın futbolçusu Mattia De Şilyonun "Yuventus”a keçidi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Yuventus” bu keçid üçün "Milan”a 12 milyon avro ödəyib. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, "Milan”ın yetirməsi olan Mattia De Skiqlio 2011-ci ildən əsas komandada çıxış edir. 

Xəbər xətti