"Roma" hücumçu transfer etdi

19:07 - 20 İyul 2017

İtaliyanın "Roma" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi A Seriyasının digər iştirakçısı "Sassuolo"nun hücumçusu Qrequar Defreli heyətinə cəlb edib.

 

Bu barədə "canavarlar"ın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu ilə müddəti 2022-ci ildə başa çatacaq müqavilə imzalanıb. Transferin ümumi məbləğinin 20 milyon avro olduğu bildirilib.

Xəbər xətti