Rəşad Sadıqov "Şerif" barədə: "Bir-birinə oxşar komandalar qarşılaşacaq" MÜSAHİBƏ

23:31 - 20 İyul 2017

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, "Dalğa Arena"da keçirilə cavab matçını izləyənlər arasında millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da olub. Təcrübəli futbolçu qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:
 
- Oyun barədə fikirləriniz?
- “Zirə” yaxşı təir bağışladı. Çoxlu şanları da oldu. Amma son vuruşlarda daha dəqiq oynamaq lazım idi. Belə olan halda mərhələni də adlamaq mümkün olardı.
 
- Zədəniz nə yerdədi?
- 3-4 gündü fərqi məşq edirəm. Yavaş-yavaş hazır olandan sonra komanda ilə birgə çalışacam.
 
- “Şerif”lə oyunda oynamaq ehtimalınız var?
- Dəqiq bilinmir.
 
- Bəs ÇL-nin III mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Şerif” haqda nə söyləyə bilərsiz?
- Təcrübəli komandadırlar. Hamımız yaxşı tanıyırıq. Neçə ildir ki, avrokuboklarda çıxış edirlər. Fikrimcə, bir-birinə oxşar komandalar qarşılaşacaq. Gərgin və maraqlı mübarizə olacaq.
 
- ÇL-nin pley-off mərhələsinə çıxmaq üçün “Şerif”i münasib rəqib saymaq olar?
- Hər şey rəqiblə deyil. Oyuna görə götürsək, ötən mövsüm “Viktoriya” ən ideal rəqib idi. Amma top qapıdan nə qədər etsək də keçmədi. Güclü rəqiblər düşəndə, biz fikirləşə bilmərik ki, artıq mübarizəni başa vuracağıq. Sona qədər oynayırıq. Həmçinin, qarşımızdakı rəqib də bu cür yanaşır. Biz zəif və ya güclü rəqib anlayışı ilə oyuna çıxmırıq. Onların da güclü cəhətləri var. İkinci oyun səfərdə olacaq. Düşünürəm ki, cütün taleyi Moldovada həll olunacaq.
 
- “Qarabağ” “Samtredia”nı asan keçsə də, oyun planında probleməli olduğu hiss olunurdu. Bəlkə gücünüzü gizlədirdiniz?
- Xeyr, heç kimdən heç nə gizlətmirik. Əlimizdən gələni etdik. Komanda hazırdı. Mövsümün ilk oyunu idi. Ötən mövsüm də “Düdelanj”la oyunlar ağır keçmişdi. Ümid edirəm ki, qarşıdakı oyunda daha yaxşı formada olacağıq.

Xəbər xətti