Rəşad Sadiqov: "Biz daha yaxşı oynadıq" MÜSAHİBƏ

00:30 - 21 İyul 2017

"Zirə" Avropa Liqasının II təsnifat mərhələsində Rumıniyanın "Astra" klubuna iki oyunun nəticəsinə görə uduzaraq mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "Zirə"nin hücumçusu Riçard Qadze qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib:
 
- “Astra” yaxşı komanda idi. Səfərdə 1:3 hesabı ilə uduzmasaydıq, başqa cür oynaya bilərdik. Təcrübəli komanda idilər. Hava da bir tərəfdən çox isti idi, bürkülü hava adamı boğurdu.
 
- İlk hissədə fərqlənmək mümkün olsaydı fərqli oyun olacaqdı?
- Riçard Qadze ilk dəqiqələrdə qazandığı şansı dəyərləndirsəydi, fərqli futbol olacaqdı.
 
- Rəhbərlik və baş məşqçi bu nətciyə görə nə dedi?
- Sözün düzü, rəhbərlik bizi təbrik etdi. Turniri başıuca tərk etdiyimiz üçün bizə təşəkkür etdilər.
 
- Fasilədən sonra ilk hissədəki kimi oynamadınız...
- Hava çox isti idi. Qıraqda dayananda belə adam tərləyirdi. Qaçanda nəfəs almaq olmurdu. Heç rəqib də nəsə edə bilmirdi. Belə də oyunun tempi də düşürdü.
 
- “Astra” Avropa Liqasının qrupunda oynamış klubdu. Amma vaxtı bu şəkildə uzatmaq onlara yaraşır?
- Bu da “Zirə”nin oyunu ilə əlaqədar idi. Biz daha yaxşı oynadıq. Onlar da belə etdi.
 
- “Zirə” bugünkü oyunu ilə sübut etdi ki, rəqibindən zəif deyildi. Komandada nə çatmadı?
- Uşaq səhvlərdən qollar buraxdıq. Qeyri-adi nəsə edib bizə 3 qol vurmadılar. Sandartd vəziyyətlətdən qollar buraxdıq.
 
- Avropa Liqası “Zirə”yə nə qazandırdı?
- Təcrübə və ölkəmizə reytinq xalları qazandırdıq. Gələcəkdə işimiz rahat olacaq.

Xəbər xətti