Kamran Ağayevin yeni klubu məlum oldu

02:02 - 21 İyul 2017

Milli komandamızın üzvü Kamran Ağayevin yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, Portuqaliyanın "Boavişta" klubundan göndərildikdən sonra işsiz qalan təcrübəli əlcək sahibi karyerasını Çexiyada davam etdirəcək. O, "Mlada" klubu ilə münasibətlərini rəsmiləşdirib. 

 

Bu barədə məlumatı Boleslav klubunun prezidenti Josef Dufek yerli mətbuata açıqlamasında verib. O, "çərçivə qoruyucusu"nun yaxın günlərdə rəsmi müqaviləyə imza çəkəcəyini vurğulayıb. 

 

Qeyd edək ki, Kamran Ağayev Türkiyə klubları ilə də danışıqlar aparırdı. 

Xəbər xətti