"Səbail" məğlub oldu

11:59 - 21 İyul 2017

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Səbail” iyulun 20-də ikinci yoldaşlıq oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə qarşılaşan paytaxt təmsilçisi meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib. "Aslanlar"ın heyətində yeganə qolu Murad Ağayev vurub.

 

Qeyd edək ki, "Səbail"in növbəti rəqibi iyulun 24-də Özbəkistanın "Paxtakor" komandası olacaq.

Xəbər xətti