"Fənərbaxça"dan rəsmi transfer

13:09 - 21 İyul 2017

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Kalyari" klubundan Maurisiyo İslanı transfer edib. Çili millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi "sarı-lacivərtlilər"də 2 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm "Kalyari"nin heyətində meydana çıxdığı 34 qarşılaşma 1 qolla yadda qalıb.

Xəbər xətti