"Qarabağ" - "Şerif" matçının biletləri satışda

13:41 - 21 İyul 2017

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şerif” görüşünün biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, azarkeşlər bu gündən etibarən biletləri əldə edə bilərlər. Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılır.

 

Qeyd edək ki, “Qarabağ” – “Şerif” oyunu 25 iyul saat 21:00-da başlanacaq.

Xəbər xətti