"Şalke"dən futbolçulara qeyri-adi cəza: Satıcı işləyəcəklər

Almaniyanın "Şalke” klubunun rəhbərliyi nizam-intizamı pozan futbolçuları istirahət günləri işə cəlb etməklə cəzalandıracaq.
 

Sportal.az xəbər verir ki, qaydalara riayət etməyənlər kluba məxsus mağazalarda satıcı işləyəcəklər.

 

"Şalke" rəsmilərinin fikrincə, bu, yüksək məvacib alan futbolçulara qarşı pul cəzasından daha effektli tədbir olacaq. Həmçinin, avqustun 1-də Avstriya toplanışı zamanı oyunçulara təqdim olunacaq cəza siyahısında əlavə bəndlər də yer alacaq.

Tarix: 21 İyul [14:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio