UEFA Əliyar Ağayevə ÇL-də daha bir oyunu havalə etdi

16:54 - 21 İyul 2017

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində iyulun 25-də keçiriləcək “Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

 

Sportal.az xəbər verir ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

Əliyar Ağayev ÇL-in 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilmiş "Rusenborq" (Norveç) - "Dandalk" (İrlandiya) matçını da idarə etmişdi.

Xəbər xətti