"Çelsi" ilə müqavilə imzaladı, "Stok Siti"yə getdi

18:06 - 21 İyul 2017

"Çelsi" fransalı müdafiəçisi Kurt Zuma ilə yeni müqavilə bağlayıb.
 
Sportal.az xəbər verir ki, tərəflər arasında 6 illik sözləşmə imzalanıb. London klubu 22 yaşlı futbolçu ilə müqavilə yeniləsə də, onu icarəyə göndərib. Belə ki, "zadəganlar" Zumanı "Stok Siti"yə göndərib. İcarə müddəti bir mövsümlük nəzərdə tutulub.
 
Qeyd edək ki, "Çelsi"yə 2014-cü ildə "Sent Etyen"dən transfer olunan Fransa yığmasının oyunçusu "zadəganlar"da 47 rəsmi oyuna çıxıb.

Xəbər xətti