"Mançester Siti"dən "Roma"ya

19:14 - 21 İyul 2017

“Mançester Siti” müdafiəçisi Aleksandar Kolarovla yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Serbiya millisinin üzvü karyerasını İtaliyada davam etdirəcək. Təcrübəli müdafiəçi "Roma"ya transfer olub. "Canavarlar" 31 yaşlı futbolçu üçün qarşı tərəfə 5 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Kolarov 2010-cu ildə "Latsio"dan "Mançester Siti"yə 16 milyon funt-sterlində keçmişdi. Aleksandar "şəhərlilər"in heyətində 165 oyuna 11 qol vurub.

Xəbər xətti