Afrika Millətlər Kubokunun formatında dəyişiklik edildi

19:39 - 21 İyul 2017

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun formatında dəyişikliklər edib.

 

Sportal.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabatda təşkil edilən iclasda 2019-cu ildən etibarən turnirin iyun - iyul aylarında keçirilməsi qərara alınıb. Bundan əlavə, iştirakçıların sayı da 16-dan 24-ə yüksəldilib.

 

Xatırladaq ki, daha öncə Afrika Millətlər Kuboku Avropada mövsümün gərgin vaxtı olan yanvar - fevral aylarında keçirilirdi.

 

2019-cu ildə Millətlər Kuboku Kamerunda keçiriləcək.

Xəbər xətti