"Real"ın yeni "10 nömrə"si

“Real”ın yarımmüdafiəçisi Luka Modriç forma nömrəsini dəyişib.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı ulduz yeni mövsümdən etibarən 10 nömrəli forma altında çıxış edəcək. Bu dəyişiklik ötən mövsüm "10" nömrəli formanı geyən Hames Rodriqesin "Bavariya"ya transfer olmasına görə baş verib. Kolumbiyalı futbolçunun gedişindən sonra "10 nömrə"yə Modriç yiyə durub.

 

Xatırladaq ki, Modriç daha öncə "19" forma ilə çıxış edirdi. Xorvatiya yığmasının üzvü 2012-ci ildən "Real"da oynayır.

Tarix: 22 İyul [15:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Yanvar 2018
20  Yanvar 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio