Almaniyada ilin ən yaxşıları məlum oldu

"Bavariya"nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

 

Sportal.az xəbər verir ki, "Kicker" nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb. Anketdə 192 səslə "Real"dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.

 

İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın gənc çalışdırıcısı Yulian Naqelsman oldu. Naqelsmann bu gün 30 yaşını qeyd edir.

 

Qadınlarda isə ən yaxşı adına "Lion"da çıxış edən Cenifer Marozsan olub.

Tarix: 23 İyul [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio