Millimizin sabiq üzvünün komandası azarkeşlərə ağız açdı

Türkiyə I Liqasında mübarizə aparan "Manisaspor" klubu azarkeşlərdən maddi yardım istəyib.

 

Sportal.az xəbər verir ki, buna səbəb 2010-12-ci illərdə Manisa klubunda çıxış edən Ariza Makukulaya və onun transfer edildiyi "Benfika"ya olan borcun ödənməməsidir. Mümkün xal silinmə cəzasının qarşısını almaq üçün rəhbərlik belə bir addım atmağa məcbur olub.

 

Əgər "Manisaspor" portuqaliyalı hücumçunun borcunu təyin edilən vaxta kimi ödəməsə, yeni mövsümdə aktivindən 9 xal silinəcək.

 

Artıq klub bank hesabını rəsmi saytda və sosial şəbəkələrdə paylaşıb. Açıqlamada bildirilib ki, yardım edən fanatların adları klubun sosial şəbəkələrdəki səhifələrində paylaşılacaq.

 

Xatırladaq ki, millimizin sabiq futbolçusu Uğur Pamuk "Manisaspor"un üzvüdür. Pamuk ölkəmizdə "Xəzər Lənkəran" və "Sumqayıt"da çıxış edib.

Tarix: 23 İyul [19:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2017
20  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio