"İnter" Zaur Svanadze ilə yeni müqavilə imzalayır

Bakının “İnter” klubu əsas komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə “Report”a 59 yaşlı gürcüstanlı mütəxəssisin özü məlumat verib.

 

O bildirib ki, artıq yeni müqavilə hazırıdır və yaxın günlərdə bir illik sözləşməyə imza atacaq: “Yeni müqavilə ilə bağlı heç bir problem yoxdur. Avropa Liqasında Lüksemburqun “Fola Eş” komandasına məğlubiyyətdən sonra rəhbərliklə söhbətimiz olub. Komandada qalıram. Yaxın günlərdə müqavilənin detalları ilə tanış olub, imzalayacağam”.

 

Qeyd edək ki, Zaur Svanadze 2015-ci ilin iyununda “İnter”in baş məşqçisi postunda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti ötən ay başa çatıb.

Tarix: 24 İyul [18:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2017
17  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio