Millimizin üzvü Avropa Liqasının oyunları üçün UEFA-ya sifariş edildi

15:50 - 26 İyul 2017

Ukraynanın "Aleksandriya" klubu yeni transferi Pavel Paşayevi Avropa Liqasının III təsnifat mərhələsinin oyunları üçün UEFA-ya sifariş edib.

 

Sportal.az xəbər verir ki, Paşayevin adı Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün "Aleksandriya"nın iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək. 

 

Qeyd edək ki, "Aleksandriya" “Astra” ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq.

Xəbər xətti