Autizmli uşaqlar və gənclər üçün yeni klub yarandı

16:28 - 26 İyul 2017

Azərbaycanda autizmli uşaqlar və gənclərlə bağlı yeni idman klubu yaranıb.

 

"Bakı Autizm İdman və Yaşam Klubu"ndan sonra autizmlilərə dəstək üçün "Autizmlilərin İdman Klubu" adlı qurum Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

 

Sportal.az xəbər verir ki, yeni yaranmış klubun təsisçisi Elnur Məmmədlinin sözlərinə görə, klubu yaratmaqda məqsəd bu sferada fəaliyyətlərini daha da genişləndirib, ölkədə autizmlilərə daha çox qayğı və diqqət göstərilməsini təmin etməkdir:

 

"Autizmlilər ücün əlimizdən gələn köməkliyi edirik və edəcəyik də. Bu yolda bizə dəstək olan hər bir kəsə təşəkkürümü bildirirəm. Yeni yaranmış klubun  autizmlilərə ən azından kiçik bir uğur qazanmasında yardımçı olacağına inanıram", - deyə Məmmədli bildirib.

Xəbər xətti