"Zirə"dən ayrılan futbolçu Macarıstan klubunda

00:32 - 27 İyul 2017

Mövsüm başa çatdıqdan sonra “Zirə”nin sıralarını tərk edən Akim Latifunun yeni klubunun adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki,  nigeriyalı futbolçu karyerasını Macarıstanda davam etdirəcək. O, ölkənin paytaxtı Budapeşti təmsil edən “Honved” klubu ilə anlaşıb. 29 yaşlı müdafiəçi yeni klubu ilə 1 illik sözləşmə imzalayıb.

 

Qeyd edək ki, Latifu “Zirə”yə Türkiyənin “Alanyaspor” klubundan transfer edilmişdi. O, “qartallar”ın heyətində 11 oyunda iştirak etmişdi.

Xəbər xətti