Kamran Ağayev rəsmən Çexiya klubunda FOTO

13:11 - 27 İyul 2017

Milli komandamızın qapıçısı Kamran Ağayevin yeni komandasının adına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, təcrübəli qapıçının Çexiyanın “Mlada Boleslav” klubuna keçidi rəsmiləşib. 31 yaşlı əlcək sahibi ilə 1+1 ilik müqavilə imzalanıb.

 

Xatırladaq ki, Kamranın son klubu Portuqaliyanın "Boavişta" komandası olub.

 

Xəbər xətti