"Kəpəz"də məşqçi dəyişikliyi

"Kəpəz"in aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişiklikləri olub.

 

Sportal.az xəbər verir ki, klubda 4 yeni məşqçi əmək fəaliyyətinə başlayıb. Belə ki, U-14 komandasını bundan sonra C kateqoriyalı İntiqam Səmədov çalışdıracaq. U-15 komandasına isə İlham Səmədov baş məşqçi təyin edilib. 20 ildi ki, məşqçilik sahəsində çalışan Səmədov B kateqoriyasına malikdi. Uşaq futbolu sahəsində tanınmış və titullu mütəxəssislərdən hesab edilən İlham Səmədovun ayrı-ayrı yaş qrupları üzrə komandaları Azərbaycan birinciliyinin qalibi və mükafatçısı olub.

 

"Kəpəz"in 16 yaşlılardan ibarət komandası İlkin Verdiyevə həvalə olunub. C kateqoriyalı Verdiyev vaxtilə "Kəpəz"də oynayıb. O, hazırda AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir. Elə U-19 komandasına baş məşqçi təyinatı alan B kateqoriyalı Ceyhun Əhmədov da bir müddət "sarı-göylər"in şərəfini qoruyub.

 

Gəncə klubunda digər uşaq komandalarının baş məşqçiləri isə aşağıda qeyd olunanlardı: 

 

U-10 Məhəmməd Məmmədov, U-11 Səbuhi Məmmədov, U-12 Elmar Əhmədov, U-13 Rəhman Əzizov, U-17 İbrahim Hüseynov.

Tarix: 27 İyul [14:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2017
17  Avqust 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio