"Neftçi"də xorvatiyalı futbolçu

15:56 - 27 İyul 2017

Paytaxtın "Neftçi" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. 

 

Sportal.az xəbər verir ki, bunadək Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərov kimi futbolçuların keçidini həll edən "ağ-qaralar" bu dəfə Mateo Muzeki düşərgəsinə dəvət edib. Son olaraq Sloveniyanın "Rudar" klubuna çıxış edən futbolçunun 22 yaşı var. Müdafiəçi Rusiyanın SKA klubuna üz tutan Georgi Navalovskinin boşluğunu doldurmaq üçün komandaya cəlb olunub. Xorvatiyalı futbolçu ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir. 

 

Qeyd edək ki, Muzek karyerası ərzində "Hrvatski", "Luçko", "Qorisa" və "Zavro" kimi klublarda çıxış edib.

Xəbər xətti