Məşhur futbolçunun 9 yaşlı oğlundan rekord müqavilə

17:39 - 27 İyul 2017

Hollandiya yığmasının sabiq futbolçusu Patrik Klyuvert kiçik oğlu ilə də qürur duya bilər.

 

Sportal.az xəbər verir ki, Şeyn Klyuvert milli rekord müəyyənləşdirib. 9 yaşlı Şeyn “Nike”la müqavilə bağlayıb. O, idman kompaniyası ilə müqavilə bağlayan ən gənc hollandiyalı idmançı olub.

 

Şeyn Klyuvertin ikinci nikahdan olan oğludu. Onun ilk nikahdan da 3 oğlu var. Böyük oğlu Castin Klyuvert 2016/17 mövsümündə “Ayaks”ın heyətində debüt edib. O, 20 rəsmi oyunda 2 qol vurub.

Xəbər xətti